Lavrov Ermənistana gedəcək


Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 20-21-də Ermənistana rəsmi səfər edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
“Mayın 20-21-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvana işgüzar səfər edəcək. Onun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, baş nazir Nikol Paşinyan və prezident Vaaqn Xaçaturyanla danışıqları gözlənilir”, - Rusiya XİN-dən bildirilib.
Daha sonra Ermənistan Xarici İşlər Nazirliyində hər iki ölkənin XİN rəhbərlərinin birgə mətbuat konfransı keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top