Türkiyənin bu ölkədəki səfiri vəfat etdi


Türkiyənin Maltadakı səfiri Erdeniz Şen vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, xəstəliyi ilə əlaqədar bir müddətdir Ankarada müalicə alan Erdeniz Şen 51 yaşında dünyasını dəyişib.
Diplomatın dəfn mərasimi Ankarada keçiriləcək.
Qeyd edək ki, Səfir Erdeniz Şen 12 iyul 1974-cü ildə Ankarada anadan olub, 1996-cı ildə Ankara Universitetinin Siyasi Elmlər fakültəsini bitirib. Şen eyni ildə Xarici İşlər Nazirliyində fəaliyyətə başlayıb. Şen xaricdə Türkiyə Respublikasının Bəhreyn, Roma və Vaşinqtondakı səfirliklərində müxtəlif vəzifələr icra edib. Daha sonra Türkiyənin Torontoda baş konsulu vəzifəsində çalışan Şen 9 dekabr 2022-ci il tarixində Türkiyə Respublikasının Valettadakı səfiri vəzifəsinə təyin edilib.
Evli və iki uşaq atası idi.

DİGƏR XƏBƏRLƏR

Top