Futbol tarixinin ən yaxşı qapıçısı seçildi


Moskva “Dinamo”sunun və SSRİ yığmasının sabiq qapıçısı Lev Yaşin Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən tarixin ən yaxşı qapıçısı seçilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İFFHS məlumat yayıb.
İkinci yerdə italiyalı Canluici Buffon, üçüncü yerdə isə alman Manuel Noyer qərarlaşıb.
İlk onluqda həmçinin ispanlar İker Kasilyas və Rikardo Zamora, ingilis Qordon Benks, çex Petr Çex, italyan Dino Zoff və almanlar Zepp Mayer və Oliver Kan yer alıb.
Qeyd edək ki, Yaşin 1950-1971-ci illərdə Moskva “Dinamo”sunda çıxış edib, 1954-1967-ci illərdə SSRİ yığmasında çıxış edib.Yaşin “Dinamo” ilə birlikdə 5 qat SSRİ çempionu olub, SSRİ çempionatlarında 5 dəfə gümüş, 1 dəfə bürünc, 3 dəfə SSRİ kubokunun qalibi olub. Sovet milli komandasının tərkibində qapıçı 1956-cı il Olimpiya Oyunlarının və 1960-cı il Avropa Çempionatının qalibi olub, eyni zamanda 1964-cü il Avropa çempionatının gümüş mükafatçısı olub. Yaşin üç dünya çempionatında iştirak edib (1958, 1962, 1966); 1966-cı ildə SSRİ komandası dünya çempionatında dördüncü yeri tutub.
Yaşin tarixdə “Qızıl top”u qazanan yeganə qapıçıdır.
O, 1990-cı il martın 20-də 61 yaşında Moskvada vəfat edib.

DİGƏR XƏBƏRLƏR

Top