
Britaniyalı dağ bələdçisi Kenton Kul bazar günü Everestə 19-cu dəfə qalxaraq dünyanın ən yüksək dağına qalxmaq üzrə (şerpalar istisna olmaqla) rekord vurub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.
İngiltərənin cənub-qərbindən olan 51 yaşlı Kenton Kul bir neçə digər alpinistlə birlikdə bazar günü 8,849 metr hündürlükdəki zirvəyə çatıb.
Kul Everestə ilk dəfə 2004-cü ildə çıxıb və o vaxtdan bəri demək olar ki, hər il bu uğuru təkrarlayır.
O, həmçinin Everest, Lhotse və Nuptse zirvələrinə qalxaraq “Everest üçlüyü”nü tamamlayan ilk şəxs olub.
Qeyd edək ki, 1953-cü ildə Everestin ilk fəthindən bu yana 8000-dən çox insan zirvəyə qalxıb. Hazırda mütləq rekordçu Everestin zirvəsinə 30 dəfə qalxan şerpa Kami Ritadır.