
Beşqat “Qızıl top”un sahibi Kriştianu Ronaldonun oğlu Kriştianu duş Santuş Portuqaliya U-15 millisində debüt qolunu vurub.
Yeniavaz.com xəbər verir ki, o, Xorvatiyada keçirilən turnir matçında fərqlənib. Duş Santuşun qolu turnirin ev sahibləri ilə oyunda hesabı açıb.
Digər tərəfdən, 14 yaşlı futbolçu atasının əsas komandada çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunun akademiyasının üzvüdür.
Qeyd edək ki, Kriştianu Ronaldonun 40 yaşı var və 2023-cü ildən “Əl Nəsr”də oynayır. Onun hazırkı müqaviləsi 2025-ci ilin iyununda başa çatır.
Bu mövsüm portuqaliyalı klubda 25 oyun keçirib, 23 qol vurub və 4 məhsuldar ötürmə edib.
Ronaldo beşqat Çempionlar Liqasının qalibi, Avropa çempionu, Millətlər Liqasının qalibi və milli komandalar, Avropa Çempionatları, Çempionlar Liqaları və Klublararası Dünya Çempionatları tarixində ən çox qol vuran futbolçudur.
Ronaldo rəsmi oyunlarda karyerasında 900 qol vuran ilk futbolçudur. Portuqaliyalı forvard 5 dəfə “Qızıl top”a sahib olub.