
ABŞ-nin keçmiş prezidenti Co Baydenə sümük metastazları ilə aqressiv prostat xərçəngi diaqnozu qoyulub.
Yeniavaz.com xəbər verir ki, bu barədə BBC telekanalı Ağ Evin 46-cı rəhbərinin ofisinin bəyanatına istinadla məlumat yayıb.
Keçmiş prezidentin ofisindən verilən məlumata görə, Bayden keçən həftə sidik simptomları hiss etməyə başladıqdan sonra prostat nodülü aşkar edildiyi üçün müayinə olunub.
“Bu, xəstəliyin daha aqressiv forması olsa da, xərçəng hormonal terapiyaya cavab verir və bu, onu effektiv müalicə etməyə imkan verir”, - deyə məlumatda bildirilib.
“Sabiq prezident və ailəsi hazırda həkimlərlə müalicə variantlarını araşdırırlar”, - Baydenin komandası əlavə edib.
Digər tərəfdən, “The New York Times” yazıb ki, Bayden mayın 9-nu xəstəxanada keçirib. Onun prostat vəzində şiş aşkar edildikdən sonra müayinə olunub.
Qeyd edək ki, Baydenin 82 yaşı var. O, 2023-cü ilin martında bədxassəli dəri düyünlərini çıxarmaq üçün əməliyyat keçirib.