
Onlayn dil platforması “Preply” Avropanın ən böyük hava limanlarını tədqiq edib.
Yeniavaz.com “Express” nəşrinə istinadla xəbər verir ki, tədqiqat zamanı “Google” rəylərinin sayı, “stress” rəylərinin sayı, itirilmiş baqaj axtarışları, uçuş vaxtları və hər bir hava limanından keçən sərnişinlərin sayı və s. kimi amillər nəzərə alınıb.
Hitrou hava limanı “Google”un rəyində beşdən dörd ulduz almasına baxmayaraq, 10 baldan 6,4 balla Avropanın ən stresli hava limanı seçilib.
Bu hava limanında uçuşların təxminən 65,74%-i vaxtında yerinə yetirilib və təkcə bir il ərzində hava limanı 34 min 700 itirilmiş baqaj axtarışı həyata keçirib.
Mançester hava limanı isə 10 baldan 5,44 stress balı ilə ikinci yerdə qərarlaşıb. Hava limanı orta hesabla “Google” rəylərində beşdən üç ulduz alıb.
Hava limanında ümumilikdə, uçuşların 66,11%-i vaxtında yerinə yetirilib və bir ildə 9 min 180 itirilmiş baqaj axtarışı aparılıb.
Avropanın ən stresli 10 hava limanı (və onların on baldan orta stress balı) aşağıdakı kimi sıralanıb:
1. Hitrou, Böyük Britaniya – 6,4
2. Mançester, Böyük Britaniya - 5,44
3. Qatvik, Böyük Britaniya - 5,4
4. Paris, Fransa - 5,16
5. Stansted, Böyük Britaniya - 5,14
6. İstanbul, Türkiyə - 4,38
7. Fyumiçino, İtaliya - 4,11
8. Brandenburq, Almaniya - 3,76
9. Oslo, Norveç - 3,57
10. Sxipol, Hollandiya - 3,53.