
“Əl-Nəsr”lə müqaviləsi gələn ilin yayında başa çatacaq hücumçu Kriştianu Ronaldoya adı açıqlanmayan Braziliya klubundan təklif gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Məlumata görə, bu Braziliya komandası portuqaliyalı futbolçuya bazar qiymətlərini aşan şərtlər təklif edir.
Bundan əlavə, sövdələşməyə üçüncü tərəf investorları da iştirak bilər.
Ronaldonun bu təklifi qəbul etməklə klublararası dünya çempionatında oynamaq imkanı qazanacağı vurğulanır.
Hazırda həm “Əl-Nəsr”, həm də 40 yaşlı futbolçu onun əmək müqaviləsinin uzadılmasının məqsədəuyğunluğuna şübhə ilə yanaşır.
Qeyd edək ki, 2025 FIFA Klublararası Dünya Çempionatında aşağıdakı Braziliya klubları çıxış edəcək: “Palmeyras”, “Flamenqo”, “Fluminense” və “Botafoqo”.