Bu klub ilk dəfə İngiltərə Kubokunu aldı


“Kristal Pelas” ilk dəfə İngiltərə Kubokunu qazanıb.  
Yeniavaz.com
xəbər verir ki, final görüşü “Mançester Siti” üzərində 1:0 hesablı qələbə ilə başa çatıb.
Görüş Londondakı “Uembli” stadionunda keçirilib.
Qələbə qolunu oyunun 16-cı dəqiqəsində Ebereçi Eze vurub.
“Kristal Pelas” İngiltərə Kubokunun finalına tarixində üçüncü dəfə çıxıb və ilk dəfə bu turnirin qalibi olub. 
Digər tərəfdən, kubok yarışında “Kristal Pelas” cəmi bir qol buraxıb. Komanda bu yeganə qolu 1/8 finalda “Milluol” vurub (3:1).
Beləliklə, “Kristal Pelas” 18 sentyabr 1905-ci ildən bəri tarixində ilk böyük kubokunu qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top