“Vopşe”, “tak çto”, “znaçit” kimi sözləri də dilimizin lüğətinə daxil edək” – Nizami Cəfərov


“Biz gərək dilimizdə, xüsusən də danışıqda təsadüfən işlədilən rus sözlərini də, məsələn, “vopşe”, “tak çto”, “znaçit” kimi sözləri də dilimizin lüğətinə daxil edək”.
Yeniavaz.com
xəbər verir ki, bunu Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov Teleqraf.com-a deyib.
Millət vəkili qeyd edib ki, çünki bu sözlər artıq bizim leksikonumuzda var:
“Eyni zamanda mətbuatı vərəqləyib görsək ki, orada hələ də yayqın olmayan bir ingilis, fransız, ərəb, İndoneziya, hind sözü varsa, onu da lüğətə daxil edə bilərik. Məhz bu cür dildə sözlərin sayını artırmaq olur. Bir var əsas lüğət fondu, dilin lüğət tərkibi, bir də var ki, dilin lüğət tərkibində ehtimal olunan biləcək söz yaradıcılığı prosesləri. Çünki biz hər gün söz yarada bilirik. Dəmirçi sözü varsa, sabah, taxtaçı sözü də ola bilər. Yəni, bu potensialı da nəzərə almaq lazımdır”.

DİGƏR XƏBƏRLƏR

Top