
Mayın 18-nə keçən gecə Portuqaliya çempionatının 2024/2025-ci il mövsümünün sonuncu 34-cü turunun oyunu başa çatıb.
Yeniavaz.com yerli KİVə-ə istinadla xəbər verir ki, “Sportinq” öz meydanında “Vitoriya Qimaraynş"ı qəbul edib. Lissabondakı “Xose Alvalade” stadionunda keçirilən görüş meydan sahiblərinin 2:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.
Bu qələbədən sonra Lissabon klubu ölkə çempionu olub.
“Sportinq”in qollarını portuqaliyalı yarımmüdafiəçi Pedro Qonçalveş və isveçli hücumçu Viktor Dyokereş vurub.
“Benfika” mövsümün son oyununda “Braqa”ya qalib gələ bilməyib (1:1). Beləliklə, “Sportinq” 82 xal toplayıb və 80 xalı olan “qartallar” üçün əlçatmaz olub. “Porto” isə 71 xalla üçüncü yeri tutub.
Portuqaliya çempionatındakı bu qələbə “Sportinq”in tarixində 21-ci olub. Qazanılan çempionatların sayına görə lider 38 dəfə Portuqaliya çempionu olmuş “Benfika”dır. “Porto”da isə 30 titul var.
Qeyd edək ki, sonuncu dəfə çempionluğu “Sportinq” 2023/2024 mövsümündə qazanıb. Bu, 21-ci əsrdə onların dördüncü tituludur.