Avstriya “Avroviziya-2025”in qalibi oldu


İsveçrənin Bazel şəhərində keçirilən “Avroviziya-2025” beynəlxalq mahnı müsabiqəsində Avstriya təmsilçisi JJ (Yohannes Piç) “Wasted Love” bəstəsi ilə qalib olub.
Yeniavaz.com
xəbər verir ki, ikinci yeri israilli Yuval Rafael “New Day Will Rise” adlı romantik balladası ilə tutub. Estoniyalı müğənni Tommy Keş isə “Espresso Macchiato” mahnısı ilə üçüncü olub.
69-cu Beynəlxalq Mahnı Müsabiqəsi üçüncü dəfə İsveçrədə keçirilib: bu ölkə əvvəllər müsabiqəyə 1956 və 1989-cu illərdə ev sahibliyi edib.
“Avroviziya-2025”-də ümumilikdə 37 ölkə iştirak edib.
Bu il finala çıxanlar arasında Norveç, Lüksemburq, Estoniya, İsrail, Litva, İspaniya, Ukrayna, Böyük Britaniya, Avstriya, İslandiya, Latviya, Hollandiya, Finlandiya, İtaliya, Polşa, Almaniya, Yunanıstan, Ermənistan, İsveçrə, Malta, Portuqaliya, Danimarka, İsveç, Al-Fransa, Marino və Fransa təmsilçiləri olub.
Müsabiqənin aparıcıları kimi 1991-ci il iştirakçısı Sandra Studer, aktrisa və müğənni Mişel Hunziker və stand-up komediyaçısı Heyzel Bruegger iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top