
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə yeni təbii qaz yatağı kəşf edildiyini açıqlayıb.
Yeniavaz.com AFP-yə istinadən xəbər verir ki, yeni ehtiyatın həcmi 75 milyard kubmetr təşkil edir.
“Bu qazla evlərimizin təxminən 3,5 il ərzində enerji ehtiyacını ödəyə biləcəyik”, – Ərdoğan bildirib.
Yeni ehtiyatın dəyəri təxminən 30 milyard dollar olaraq qiymətləndirilir.
Prezident qeyd edib ki, “Göktəpə-3” quyusunda qazma işləri martın 27-də başlayıb və artıq başa çatıb.
Ərdoğan bildirib ki, Ankara enerji müstəqilliyinə nail olmaq istəyir, lakin hazırda idxaldan asılılıq hələ də davam edir.
“Türkiyənin tam enerji müstəqilliyi hədəfinə çatana qədər dayanmadan yolumuza davam edəcəyik”, – deyə Ərdoğan vurğulayıb.