Tramp bazar ertəsi Putin və Zelenski ilə danışacaq


ABŞ Prezidenti Donald Tramp bazar ertəsi ardıcıl olaraq Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışacaq.
Yeniavaz.com
xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkə hesabında paylaşım edib.
“Bazar ertəsi saat 10:00-da Rusiya Prezidenti Vladimir Putinlə danışacağam. Söhbətin mövzusu hər həftə təxminən 5 min rus və ukraynalı hərbçinin ölümünə səbəb olan qan gölünə və ticarətə son qoymaq olacaq”, – deyə ABŞ prezidenti bildirib.
O, həmçinin Zelenski və NATO üzvləri ilə də əlaqə saxlayacağını deyib.
Tramp bu danışıqlardan atəşkəsin əldə olunacağını və müharibənin bitəcəyini ümid etdiyini vurğulayıb: “Ümid edirəm ki, bu məhsuldar gün olacaq, atəşkəs əldə olunacaq və bu amansız müharibə, heç vaxt baş verməməli olan müharibə başa çatacaq”.

DİGƏR XƏBƏRLƏR

Top