
“Forbes” nəşri 2025-ci ildə 25 yaşdan aşağı olan və ən çox qazanan idmançıların siyahısını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, siyahıya daxil olan beş gənc idmançının hər biri son bir ildə ən azı 55 milyon dollar qazanıb.
Bu gənclərdən ikisi NFL (ABŞ Milli Futbol Liqası) oyunçusu, ikisi futbolçu, biri isə NBA (ABŞ Milli Basketbol Assosiasiyası) ulduzudur.
Trevor Lourens – ABŞ futbolçusudur. Hələ gözləntiləri tam doğrultmasa da, 5 illik 275 milyon dollarlıq müqaviləsi var. Bu il təkcə 35 milyon dollar bonus alıb. Sponsorluqlarla birlikdə son bir ildə 80,5 milyon dollar qazanıb. O, 25 yaşdan aşağı idmançılar arasında birinci yerdədir.
Castin Cefferson – NFL oyunçusudur. İllik qazancı 72,2 milyon dollar olub. “Minnesota Vikinq” klubunda çıxış edir. Yeni müqaviləsi 140 milyon dollardır. O, həm də “Bose”, “Oakley”, “Visa” kimi markalarla işləyir.
Entoni Edvards – illik qazancı 62,1 milyon dollar olub. NBA-da “Minnesota Timberwolves” komandasının oyunçusudur. 2023-cü ildə 204 milyon dollarlıq müqavilə imzalayıb. O, eyni zamanda “Adidas” və “Netflix” ilə də əməkdaşlıq edir.
Erlinq Haaland – illik qaancı 62 milyon dollar olub. Norveçli futbolçudur. “Mançester Siti” klubunun oyunçusudur. Yeni müqavilə ilə gəlirini artırıb. “Nike” və Norveç brendləri ilə də işləyir.
Vinisius Junior – illik qazancı 55 milyon dollar olub. Braziliyalı futbolçudur. “Real Madrid” klubunda çıxış edir. Bu mövsüm zədələnib, amma hələ də klubun aparıcı oyunçularındandır. “Pepsi” və “Gatorade” kimi böyük brendlərlə sponsorluq müqavilələri var.
Adları qeyd olunan beş idmançı son bir ildə ümumilikdə 332 milyon dollar qazanıb. Bunun 273 milyonu maaş və bonuslardan, 59 milyonu isə sponsorluqlardan və tədbirlərdən əldə edilib.