
Bu ilin ilk 4 ayı ərzində Azərbaycanda 1824 ədəd minik avtomobili istehsal edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ötən ilin analoji dövrü ilə müqayisədə minik avtomobillərinin istehsalı 92,4% artıb.
Bundan başqa bu ilin yanvar-aprel aylarında ölkədə 33 ədəd yük avtomobili istehsal olunub və ötən ilin analoji dövrü ilə müqayisədə 87% azalıb.
Qeyd edək ki, bu ilin ilk 4 ayı ərzində gün ərzində orta hesabla 15 ədəd avtomobil istehsal olunub.
Elnur Əli