
Rusiya Prezidenti Vladimir Putin qondarma Abxaziya və Cənubi Osetiya respublikalarında yaşayan şəxslər üçün Rusiya vətəndaşlığı almağı asanlaşdıran yeni fərman imzalayıb.
Yeniavaz.com “Kommersant”a istinadən xəbər verir ki, yeni qaydalar artıq hüquqi informasiya portalında dərc olunub. Fərmana əsasən, vətəndaşlıq almaq istəyənlər üçün əvvəl tələb olunan 5 il Rusiyada yaşamaq şərti ləğv edilib.
İndi Abxaziyada daimi yaşayan şəxslər Rusiya səfirliyinə birbaşa ərizə ilə müraciət edə biləcəklər. Cənubi Osetiya sakinləri isə bu prosesi öz ərazilərində həyata keçirə biləcəklər.
Xatırladaq ki, bu ilin aprelində də Putin Abxaziya sakinlərinə Rusiya sürücülük vəsiqəsi almağı da asanlaşdıran fərman imzalamışdı. Bu qaydalar Rusiya pasportu və ya yaşayış icazəsi olan şəxslərə şamil edilir və 2026-cı ilin aprel ayına qədər qüvvədə qalacaq.