Azərbaycanda benzin istehsalı kəskin azalıb


Bu ilin yanvar-aprel aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 607 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,9% azalıb.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, neft məhsullarından qazoylların (dizel yanacağının) istehsalı 8,2%, ağ neft istehsalı 8,3%, avtomobil benzini istehsalı 17%, neft koksunun istehsalı 19,4%, neft bitumu istehsalı 30,2%, sürtkü yağları istehsalı isə 38,9% azalıb.
Qeyd edək ki, bu ilin ilk 4 ayı ərzində 424,4 min ton avtomobil benzini, 726,4 min ton dizel yanacağı istehsal edilib.

DİGƏR XƏBƏRLƏR

Top