
Xəbər verdiyimiz kimi, mayın 12-si axşam saatlarında Gəncədə 18 yaşlı Elgün İbrahimov küçədə döyülüb və ertəsi gün aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Hadisəni kimin törətdiyi məlum deyil. Hüquq-mühafizə orqanları cinayət əməlini törədən şəxs və şəxslərin axtarışını davam etdirir.
Yeniavaz.com xəbər verir ki, “gencexeber.az” Elgünün öldüyü gün çəkilmiş görüntüləri yayıb.
Görüntülərdən göründüyü kimi, məktəbli mağazaya daxil olub və bir müddət sonra mağazanı tərk edib.
Görüntüləri təqdim edirik: