“Ukraynadakı münaqişə hərbi yolla həll edilə bilməz” – Ərdoğan


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ukraynadakı münaqişə hərbi yolla həll edilə bilməz.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə jurnalistlərə danışıb.
Ərdoğan bildirib ki, bunu həll etmək üçün sülh danışıqlarına başlamaq lazımdır və bu fürsəti əldən vermək olmaz.
“İlk növbədə, müharibəni bitirmək üçün silahlar susmalı və diplomatiya danışmalıdır. Sülh danışıqları başlamalıdır və bu fürsət əldən verilməməlidir. Bu müharibəni hərbi qarşıdurma və silahlarla bitirmək olmaz. Bizim ən böyük arzumuz sülh danışıqlarından yekun nəticə əldə etməkdir. Ona görə də bu müharibəni bitirmək üçün vasitəçilik rolumuzu davam etdirmək əzmindəyik. Tərəflər arasında dialoq və kanalların açıq qalması üçün hər cür səy göstərəcəyik”.

DİGƏR XƏBƏRLƏR

Top