Bəzi yerlərində şimşək çaxıb, leysan yağıb – Faktiki hava


Mayın 17-si saat 11:00-a olan məlumatına əsasən ölkə əraizisinin bəzi yerlərində şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 
Bildirilib ki, düşən yağıntının miqdarı Qusarda 20, Quba, Şahdağ, İsmayıllı, Xaltan, Altıağac, Xaçmaz, Göygöl, Daşkəsən, Naftalan, Qax, Zaqatala, Şəki, Xınalıq, Qobustan, Şabran, Tərtər, Beyləqan, Kürdəmirdə 1-6 mm-dir.
Naftalan, Şəmkir, Şəki, Qrız, Şahdağ, Lerikdə duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 13, Aran rayonlarında 17, dağlıq rayonlarda isə 4 dərəcəyədək isti qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top