
Argentina milli komandası iyunda keçiriləcək təlim-məşq toplanışı üçün ilkin siyahısını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, siyahıda iki ilə yaxındır ki, MLS-in “İnter Mayami” klubunu təmsil edən ulduz hücumçu Lionel Messi də var.
Bu, Messinin 2025-ci ildə Argentina millisinə ilk çağırışıdır. Mart ayında səkkiz dəfə “Qızıl top”un sahibi səhhətində yaranan problemlərə görə millinin təlim-məşq toplanışından kənarda qalmışdı. İyun ayında Argentina millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Çili (səfər) və Kolumbiya (ev) ilə görüşlər keçirəcək. Eyni zamanda, “Albiselest” artıq dünya çempionatını qoruyacağı mundiala vəsiqə qazanıb.