İmamoğlunun həbsinin davam etdirilməsi ilə bağlı qərar verildi

imamoğlunun “x” hesabı bloklandı
Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı həyata keçirilən korrupsiya istintaqında İBB sədri Əkrəm İmamoğlu da daxil olmaqla 13 nəfərin həbsinin davam etdirilməsinə qərar verilib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, istintaq çərçivəsində aparılan aylıq həbs-qətimkan tədbirində Əkrəm İmamoğlu, Sərvət Yıldırım, Güldem Şık, Elif Güven, Orçun Muhittin Yılmaz, Kamil Timur Delibaş, Kabil Taşçı, Serdar Haydanlı, Serkan Öztürk, Alper Aydın, Harun Şemez, Adem Tuncay və Adem Tuncay kimi şübhəlilərin həbsinin davam etdirilməsinə qərar verilib.
Hakim öz qərarında həbslərin konkret səbəblərinin hələ də qüvvədə olduğunu əsas gətirib.
Xatırladaq ki, martın 18-də İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun diplomu ləğv olunub. Bir gün sonra isə o saxlanılıb. Martın 23-də məhkəmə korrupsiya ittihamını əsas gətirərək İmamoğlu barəsində həbs qətimkan tədbiri seçib. Daha sonra o, İstanbulun bələdiyyə sədrliyindən uzaqlaşdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top