“Türkiyə Rusiya-Ukrayna danışıqlarının gözlənildiyindən yaxşı keçdiyini düşünür” – CNN


“İstanbulda Rusiya və Ukrayna arasında birbaşa danışıqlar gözlənildiyindən daha müsbət keçdi”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə rəsmisi CNN-ə bildirib.
Onun sözlərinə görə, müzakirələrin “dalana dirəndiyi” bir vaxtda əsir mübadiləsinin aparılması təklif olunub. Qeyd edilib ki, bundan əlavə, Rusiya nümayəndə heyəti danışıqlar zamanı Ukrayna tərəfindən daha az məsləhətləşmələr aparıb.
Xatırladaq ki, İstanbulda Rusiya ilə Ukrayna arasında danışıqlar baş tutub. Görüşdən sonra Moskva və Kiyev “1000-in 1000-ə” düsturuna əsasən əsirləri dəyişdirmək, mümkün gələcək atəşkəs barədə öz baxışlarını təqdim etmək, onu ətraflı şəkildə şərh etmək və danışıqlar prosesini davam etdirmək barədə razılığa gəliblər. Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski bəyan edib ki, Rusiya tərəfi görüşün nəticələrindən razıdır. O, həmçinin bildirib ki, Ukrayna dövlət liderləri arasında birbaşa danışıqların aparılmasını xahiş edib və Rusiya bu xahişi nəzərə alıb.

DİGƏR XƏBƏRLƏR

Top