
“Papa XIV Leo Vatikanı Ukrayna və Rusiya arasında sülh danışıqları üçün məkan kimi təklif etməyi planlaşdırır”.
Yeniavaz.com xəbər verir ki, bunu Vatikanın dövlət katibi kardinal Pyetro Parolin deyib.
Vatikan Rusiya Prezidenti Vladimir Putinin Türkiyədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşünə məhəl qoymamasını “faciəli” adlandırıb.
“Bütün bunlar faciəvidir, çünki biz ümid edirdik ki, bu, bəlkə də, ləng, lakin münaqişənin sülh yolu ilə həlli ilə davam edəcək proses olacaq, amma bunun əvəzinə biz özümüzü başlanğıcda görürük. İndi nə edəcəyimizi görəcəyik, amma vəziyyət çətindir”, - katib deyib.
Onun sözlərinə görə, yeni seçilmiş Roma Papası Ukrayna və Rusiya Federasiyası arasında danışıqların aparılması üçün Vatikanın təmin edilməsi imkanını nəzərdən keçirir:
“Papa Vatikanı, Müqəddəs Taxt-tacı iki tərəf arasında birbaşa görüş üçün əlçatan etməyi planlaşdırır”.