
Xəbər verdiyimiz kimi, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) sabiq prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva bu ilin yanvar ayında vəfat edib.
Yeniavaz.com xəbər verir ki, Zərifə Həmzəyeva vəfat etdiyi üçün onun səhmləri həyat yoldaşı Cahangir Əsgərova ötürülüb.
Qeyd edək ki, Zərifə Həmzəyeva “Premium Bank” ASC-nin əsas səhmdarı olub.
Bank səhmlərinin 84,47%-i ona məxsus olub. Bankın nizamnamə kapitalı 174 milyon 601 min 350 manat təşkil edir ki, bunun da 14 milyon 748 min 576 manatı Cahangir Əsgərova məxsusdur.
Elnur Əli