Makqreqor bu tarixdə UFC-yə qayıda bilər


Keçmiş Ultimate Fighting Championship (UFC) çempionu irlandiyalı Konor Makqreqor ilin sonuna qədər səkkizbucaqlıya qayıda bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə idmançının nümayəndəsi məlumat verib.
Bundan əvvəl Makqreqor öz sosial şəbəkə hesabında UFC prezidenti Dana Uaytı birlikdə işləməyə və UFC-yə qayıtması ilə bağlı danışıqları davam etdirməyə çağırıb.
“Konor ilin sonuna qədər geri dönə bilər və hazırdır. Söhbət təkliflər və variantlardan gedir”, - idmançının nümayəndəsi bildirib.
Qeyd edək ki, Makqreqorun 36 yaşı var. O, 2021-ci ildən UFC-də iştirak etmir. Ümumilikdə, irlandiyalı döyüşçünün 22 qələbəsi və 6 məğlubiyyəti var.

DİGƏR XƏBƏRLƏR

Top