
Borcluların ölkədən getmək hüququ yeni qaydada müvəqqəti məhdudlaşdırılacaq.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İcra haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.