İsveçrədə 10,03 karatlıq mavi brilyant 21,5 milyon dollara satıldı


Cenevrədə keçirilən hərracda 10,03 karatlıq mavi brilyant 21,5 milyon dollara (18 milyon isveçrə frankı) satılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Swiss Info” məlumat yayıb.
Məlumata görə, “Aralıq dənizi mavisi” adlandırılan bu daşın qiyməti 20 milyon dollar olub və “Sotheby's” hərracında böyük maraq doğurub.
İki iddiaçı arasında rəqabət 9 milyon İsveçrə frankından  başlayıb və təxminən üç dəqiqə davam edib.
Hərrac evi iddiaçının adını çəkmədən qiymətli daş Amerikalı kolleksiyaçıya getdiyini bildirib.
Brilyant bu yaxınlarda Cənubi Afrikadakı əfsanəvi Kullinan mədənində aşkar edilib.
Daha sonra aprelin əvvəlində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təqdim olunub.
“Sotheby's” hərrac evinə görə, mavi almaz tapmaq inanılmaz dərəcədə nadir bir hadisədir.

DİGƏR XƏBƏRLƏR

Top