
Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinə yekun vurulub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Toyota-Bakı Mərkəzi” MMC (VÖEN – 2000568681) olub.
FHN “Toyota-Bakı Mərkəzi”dən 185 min 300 manata bir ədəd minik avtomobili alacaq.
Qeyd edək ki, nizamnamə kapitalı 200 manat olan “Toyota-Bakı Mərkəzi” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov, ev 26 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Qafarlı Pərviz Mahmud oğludur.
Məlumat üçün bildirək ki, “Toyota-Bakı Mərkəzi” MMC tanınmış iş adamı İsgəndər Xəlilova məxsus “İSR Holdinq” şirkətlər qrupuna daxildir.
Elnur Əli