
ABŞ Prezidenti Donald Tramp kiçik qızı Tiffani Trampın oğlunun dünyaya gəldiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkə səhifəsində məlumat verib.
“Həyatımıza girdiyiniz üçün təşəkkür edirik!” – Tramp qeyd edib.
Oğlan mayın 15-i cümə axşamı doğulub. Ona Aleksandr Tramp Bulos adı qoyulub.
Qeyd edək ki, bu, Amerika Prezidentinin on birinci nəvəsidir.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ikinci müddətində nəvələri ilə müntəzəm olaraq ictimaiyyət qarşısına çıxır. Onlar seçki kampaniyası və andiçmə mərasimi zamanı da babalarının yanında olublar.