Son 7 ildə pensiya yaşına çatıb pensiya ala bilməyənlərin sayı 3 dəfəyə yaxın artıb


Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda 161,6 min nəfərə yaşa görə müavinət təyin olunub.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, yaşa görə müavinət alanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 12,8 min nəfər və ya 8,6% artıb.
Qeyd edək ki, 2019-cu ilin eyni dövründə yaşa görə müavinət alanların sayı 60,5 min nəfər olub və son 7 ildə onların sayı 2,7 dəfə artıb.
Son 7 ildə yaşa görə müavinət alanların sayı və onlara təyin olunan aylıq müavinətin məbləği aşağıdakı kimi olub:
1 Aprel 2019-cu il – 60,5 min nəfər (aylıq müavinət 73 manat);
1 Aprel 2020-ci il – 94 min nəfər (130 manat);
1 Aprel 2021-ci il – 103 min nəfər (130 manat);
1 Aprel 2022-ci il – 119,2 min nəfər (180 manat);
1 Aprel 2023-cü il – 132,6 min nəfər (220 manat);
1 Aprel 2024-cü il – 148,8 min nəfər (220 manat);
1 Aprel 2025-ci il – 161,6 min nəfər (220 manat).

Məlumat üçün bildirək ki, yaşa görə müavinət pensiya yaşına çatdığı halda əmək pensiyası ala bilməyən şəxslərə təyin olunur. Hazırda Azərbaycanda kişilər üçün pensiya yaş həddi 65, qadınlar üçün 64-dür.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top