Özünü vəzifəli şəxs kimi təqdim edərək dələduzluq edən şəxs saxlanıldı


Naxçıvanda özünü vəzifəli şəxs kimi təqdim edərək dələduzluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DİN-nin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, keçirilən tədbirlərlə vətəndaşların etibarından sui-istifadə etməklə çalışdıqları yerlərdə vəzifələrini artırmaq vədi verərək onların maddi vəsaitlərini ələ keçirən 40 yaşlı Elşən Qurbanov barəsində cinayət işi başlanılıb.
E.Qasımov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
Araşdırmalar davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top