Naməlum zənglərə və mesajlara qarşı diqqətli olun! – DİN-dən xəbərdarlıq


“Bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 15-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 3200, 3118, 999, 908, 800, 700, 441, 393, 361, 258, 254, 150, 112, 83, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DİN-nin Mətbuat Xidməti məlumat yayıb.
“Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır”, - məlumatda bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top