94 yaşlı milyarder qocalma əlamətlərindən şikayətləndi


Əfsanəvi amerikalı investor Uorren Baffet qocalma əlamətlərindən şikayətlənib.
Yeniavaz.com
xəbər verir ki, 94 yaşlı milyarder “The Wall Street Journal”a verdiyi müsahibədə narahatedici simptomlardan danışıb.
O, yalnız 90 yaşında özünün qocaldığını hiss etməyə başladığını deyib:
“Vaxtaşırı müvazinətimi itirməyə başladım, bəzən yaddaşımda pozğunluqlar hiss etdim - xüsusən də insanın adını xatırlaya bilməyəndə”.
Baffet həmçinin gözündən şikayət edib. Məsələn, onunçun qəzetlər mürəkkəb qənaət effekti ilə çap edilmiş kimi görünməyə başlayıb.
Xatırladaq ki, Uorren Baffetin maliyyə holdinqi “Berkshire Hathaway” may ayında baş direktorunu əvəzləmək üçün səs verib. Yanvarın 1-də milyarder vəzifəsini tərk edəcək və onun yerinə 62 yaşlı Qreq Abel gələcək.
Baffet “Forbes”in planetin ən zəngin adamları siyahısında beşinci yerdədir. Onun sərvəti 156,6 milyard dollar qiymətləndirilir.

DİGƏR XƏBƏRLƏR

Top