
Londonun “Arsenal” klubu öz rəsmi saytında komandanın 2025/2026 mövsümündə ev formasının necə görünəcəyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, klubun texniki sponsoru Almaniyanın “Adidas” şirkətidir.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının 36 turundan sonra “Arsenal” 68 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Liverpul” vaxtından əvvəl çempionluğu təmin edib.
Xatırladaq ki, daha öncə “Mançester Siti” 2025/26 mövsümü üçün yeni ev formasını təqdim edib.
