
“Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda danışıqlar mayın 16-da başlayacaq”.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS-a mənbə bildirib.
“Bəli, mayın 16-sı”, - danışıqların təşkilinə yaxın mənbə bildirib.
Qeyd edək ki, ölkə prezidentinin köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi Rusiya nümayəndə heyəti mayın 15-də səhər saatlarında Türkiyəyə gedib. Ukrayna Prezidenti Volodimir Zelenski daha sonra Ankaraya uçub. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Daha sonra Ukrayna başçısı bildirib ki, danışıqlara özü yox, nümayəndə heyəti qoşulacaq.