
İngiltərə Premyer Liqası sosial şəbəkələrdə 2024/2025-ci il mövsümünün sonunda ən yaxşı məşqçi mükafatına namizədlərin siyahısını dərc edib.
Yeniavaz.com siyahını təqdim edir:
Tomas Frank (“Brentford”, 36 matç, 16 qələbə, yeddi heç-heçə, 13 məğlubiyyət, 63 qol, buraxılan 53 qol, səkkizinci yer, 55 xal);
Eddi Hau (“Nyukasl Yunayted”, 36 matç, 20 qələbə, altı heç-heçə, 10 məğlubiyyət, 68 qol, buraxılan 45 qol, üçüncü yer, 66 xal);
Nuno Espirito Santo (“Nottingem Forest”, 36 matç, 18 qələbə, səkkiz heç-heçə, 10 məğlubiyyət, 56 qol, buraxılan 44 qol, yeddinci yer, 62 xal);
Vitor Pereyra (“Vulverhempton”, 20 matç, 10 qələbə, iki heç-heçə, səkkiz məğlubiyyət, 27 qol, buraxılan 24 qol, 14-cü yer, 41 xal);
Arne Slot (“Liverpul”, 36 matç, 25 qələbə, səkkiz heç-heçə, üç məğlubiyyət, 83 qol, buraxılan 37 qol, birinci yer, 83 xal).
Azarkeşlərin səsverməsi mayın 19-dək davam edəcək.
Xatırladaq ki, ötən mövsümün yekunlarına görə, bu mükafatı “Mançester Siti”nin baş məşqçisi Coze Qvardiola qazanıb.