
Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarına Ukraynanın müdafiə naziri Rustem Umerovun başçılıq edəcəyi nümayəndə heyətini göndərmək qərarına gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti mətbuat konfransında danışıb.
O, Rusiya nümayəndə heyətinin səviyyəsinin aşağı olduğunu qeyd edib, lakin “prezidentlər Tramp (ABŞ Prezidenti Donald - red.) və Ərdoğana (Türkiyə Prezidenti Rəcəb Tayyib - red.) hörmətlə” Ukrayna rəsmilərini danışıqlara göndərdiyini bildirib.
Zelenskinin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin danışıqlara getmədiyi üçün onun, DTX rəhbərinin və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin İstanbulda “işi yoxdur”.