Acun Ilıcalının İngiltərədəki “Hull City” klubu 43 milyon zərər edib


Türkiyənin tanınmış iş adamı Acun Ilıcalının sahib olduğu İngiltərənin futbol klubu – “Hull City”nin maliyyə hesabatı açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, Böyük Britaniyanın Kinqston-apon-Hall şəhərini təmsil edən futbol klubunun ötən il üzrə zərəri 18 milyon 849 min 982 funt-sterlinq (təxminən 42,6 milyon manat) olub.
Qeyd edək ki, son bir ildə “Hull City” klubunun bağlı olduğu “MKM Stadium, West Park, Hull, England, HU3 6HU” ünvanında qeydiyyatda olan “Hull City Tigers Limited” şirkətinin zərəri 3,6 dəfə artıb.
Məlumat üçün bildirək ki, “Hull City” klubu 1904-cü ildə qurulub. Klubun tarixində yaddaqalan ən böyük uğurlardan biri FA Kubokunun yarımfinalına yüksəlməsi olub. 2002-ci ildən klubun ev stadionu MKM (Keykom) olub, 2002-ci ilə qədər isə komanda “Boothferry Park” stadionunda oynayıb.
Komandanın ənənəvi rəngləri qara və şaquli zolaqlı kəhrəbadır. Komandanın ləqəbi olan “Pələnglər” bu rənglərdən irəli gəlir.
2021/22 mövsümündən bəri “Hull City” İngiltərə futbol liqa sistemində ikinci ən yüksək divizion olan “Sky Bet Championship” liqasında çıxış edir.
2022-ci ildən etibarən “Hull City Tigers Limited” şirkətinin səhmlərinin 75%-i Acun Ilıcalı tərəfindən satın alınıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top