Qətər ABŞ-dən 42 milyard dollarlıq silah alacaq


Qətər və ABŞ arasında əmirliyin 42 milyard dollarlıq silah və texnika alması ilə bağlı müqavilə imzalanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib.
“Dünən biz Qətərlə 42 milyard dollarlıq Amerikanın ən yaxşı hərbi texnikasının, o cümlədən THAAD raketdən müdafiə batareyalarının, “Pegasus” tanker təyyarələrinin, “Desert Vipers” yüngül zirehli maşınların, amfibiya döyüş maşınlarının, MQ-9B və “Sky Guardian” pilotsuz təyyarələrinin alınmasına dair müqavilə imzaladıq”, - deyə ABŞ Prezidenti Qətərdəki “Əl-Udeyd” aviabazasında amerikalı əsgərlər qarşısında çıxışı zamanı bildirib.

DİGƏR XƏBƏRLƏR

Top