Kral III Çarlz sarayda yaş salfetləri qadağan etdi


Kral III Çarlz sarayda yaş salfet və şamdan istifadəni qadağan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “New York Post” qəzeti məlumat yayıb.
Sarayda on ildən çox işləmiş təmizlikçi Enn Simmons birdəfəlik yaş salfetlərin qadağan olunmasının köhnə santexnika ilə bağlı problemlər yaratması ilə əlaqədar olduğunu bildirib.
Onun sözlərinə görə, bu salfetlər daimi tutulmalara və təbii olaraq, bahalı təmirlərə gətirib çıxarır.
Simmons bildirib ki, ətirli şamlar da havaya buraxdığı toksinlərə görə qadağandır.
“Bir çox insanlar ətirli şamların havaya toksinlər buraxdığını başa düşmür. Havanın keyfiyyətinə ciddi nəzarət edilən Bukinqem Sarayı kimi bir yerdə onlar tamamilə qadağandır”, - deyə Simmons yekunlaşdırıb.

DİGƏR XƏBƏRLƏR

Top