
Rusiya alimləri araşdırma zamanı müəyyən ediblər ki, təqaüdə çıxanda kişilər əks cinsdən fərqli olaraq, idrak funksiyalarında azalma müşahidə edirlər. Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Sitologiya və Genetika İnstitutunun filialı olan Terapiya və Profilaktik Tibb Elmi-Tədqiqat İnstitutunun qidalanma mərkəzinin rəhbəri Svetlana Mustafina bildirib ki, psixi sağlamlığı qorumaq üçün onlar aktiv işi davam etdirməlidirlər.
Yeniavaz.com xəbər verir ki, bu barədə S. Mustafina TASS-a danışıb.
“Ən maraqlısı o idi ki, kişilər işləməyi dayandırdıqda onların koqnitiv funksiyası çox tez aşağı düşür. Təqaüdçü qadın öz işinə nəsə tapıb öz koqnitiv statusunu qoruyub saxlaya bilir. Kişilər öz koqnitiv funksiyalarını itirir, ona görə də, onların cəmiyyətdə olması və psixi sağlamlığını qorumaq üçün fəal işləməsi məsləhətdir”, - o qeyd edib.
Tədqiqatın test əsasında aparıldığı bildirilib. Alimlər 2003-cü ildən monitorinq aparırlar. 9,3 min nəfərdən artıq şəxs test edilib.
“Nümunə böyükdür, ona görə də, əldə edilən məlumatlar əhəmiyyətlidir”, - alim bildirib.
Mustafina həmçinin əlavə edib ki, koqnitiv funksiyanın pisləşməsi çox vaxt hipertoniya və xolesterin kimi müşayiət olunan xəstəliklər olduqda piylənmə və metabolik sindromla əlaqələndirilir.
Böyük elmi işçi, endokrinoloq, dietoloq, tibb elmləri doktoru Alla Ovsyannikova isə bildirib ki, tədqiqat həm də ailə vəziyyətinin yaşlı insanların həyatına spesifik təsirini aşkar edib.
“Burada təkcə iş statusu deyil, həm də ailə vəziyyəti də göstərilib. Kişilər üçün subay olmaq qadınlardan daha pisdir, xüsusilə yaşlı vaxtda. Bu, ürək-damar problemlərinin, infarktların, insultların və digər əlaqəli xəstəliklərin inkişafı üçün əlverişsiz risk faktorudur", - deyə həkim izah edib.