Mbappe 71 illik rekordu yenilədi


“Real Madrid”in fransalı hücumçusu Kilian Mbappe İspaniya Primerasının 36-cı turunda “Malyorka” ilə matçda (2:1) qol vurub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “OptaJose” “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
Məlumata görə, bu qol fransızın klubla debüt mövsümündə “La Liqa”da keçirdiyi 32 matçda 28-ci qol olub. Bununla da, Mbappe “Real Madrid”in keçmiş hücumçusu Alfredo Di Stefanonun rekordunu yeniləyib.
Belə ki, 1953/1954 mövsümündə Argentina, Kolumbiya və İspaniya millisinin sabiq hücumçusu “Real”da debüt mövsümündə İspaniyanın yüksək divizionunda 27 qol vurub.
Qeyd edək ki, ümumilikdə, Mbappe Kral Klubunun heyətində 53 matçda 39 qol vurub və 4 məhsuldar ötürmə edib. Di Stefano isə “Real Madrid” üçün 396 oyun keçirib və 308 qola  imza atıb.

DİGƏR XƏBƏRLƏR

Top