Bu ilin ilk 3 ayında doğulan körpələrin 53,5%-i oğlan olub


Bu ilin ilk üç ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 22 min 119 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,7-dən 8,8-ə düşüb.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,5%, qız uşaqlarının xüsusi çəkisi isə 46,5% olub. Doğulan körpələrdən 736-sı əkiz, 42-si isə üçəm olub.
2025-ci ilin yanvar-mart aylarında ölkədə 14 min 172 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,2-dən 5,6-ya düşüb.

DİGƏR XƏBƏRLƏR

Top