
ABŞ Prezidenti Donald Tramp, lazım gəlsə, mayın 16-da, Rusiya və Ukrayna arasında 2022-ci ildən bəri ilk birbaşa təmasların planlaşdırıldığı İstanbula getməyə hazır olduğunu bildirib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, Tramp bu barədə Dohada ABŞ və Qətər iş adamları ilə görüşündə qeyd edib.
“Düşünürəm ki, Rusiya və Ukrayna ilə yahər şey yaxşı olacaq. Təsəvvür edin, hər həftə orta hesabla 5 min əsgər öldürülür. Gəlin görək, buna necə son qoya bilərik. Getməyi düşünürəm, amma bu, sıx iş qrafikimə görə çox çətindir. Amma lazım gəlsə, cümə günü gedə bilərəm. Hazırda nümayəndələrimiz İstabulda işgüzar görüşlər keçirir”, - Tramp bildirib.