Tramp və Putin Ukrayna ilə danışıqlar üçün İstanbula getməyəcək


Rusiya Prezidenti Vladimir Putin İstanbulda Ukrayna ilə keçiriləcək danışıqlarda iştirak etməyəcək.
Yeniavaz.com
TASS agentliyinə istinadla xəbər verir ki, Rusiyanı danışıqlarda təmsil edən nümayəndə heyətinə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edəcək. Nümayəndə heyətinin tərkibinə xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin də daxil olacaq.
Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında danışıqlarda iştirak etmək üçün Türkiyəyə səfər etməyəcək.
Bu barədə çərşənbə günü Amerika rəsmiləri arasında olan mənbəyə istinadla “Reuters” agentliyi məlumat yayıb.
Agentliyin qeyd etdiyinə görə, administrasiya nümayəndəsi belə məlumatları Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin tərkibini təsdiqlədikdən sonra açıqlayıb.
Qeyd edək ki, Tramp bundan əvvəl Ukrayna nizamlanması üzrə danışıqlarda iştirak etmək üçün mayın 15-də təsdiqlənmiş qrafikdən kənar İstanbula səfərini istisna etməmişdi.

DİGƏR XƏBƏRLƏR

Top