
Futbol üzrə İtaliya Kubokunun qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, həlledici oyunda “Bolonya” və “Milan” komandaları üz-üzə gəlib.
Roma Olimpiya Stadionunda təşkil olunan qarşılaşma “Bolonya”nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolun müəllifi Dan Ndoye olub (53-cü dəqiqə).
Beləliklə, komanda tarixində üçüncü dəfə İtaliya Kubokunun qalibi olub.
Qeyd edək ki, “Bolonya” daha əvvəl 1969/70 və 1973/74 mövsümündə də bu kuboku qazanmışdı.