
Türkiyə kubokunun final matçı keçirilib.
Yeniavaz.com xəbər verir ki, yekun görüş “Qalatasaray”la “Trabzonspor” arasında baş tutub.
“Sarı-qırmızılılar” matçda 3:0 hesabı ilə qələbə qazanıblar.
Oyunda Viktor Osimhen (dubl) və Barış Alper Yılmaz fərqlənib.
Qeyd edək ki, bununla, İstanbul təmsilçisi tarixində 19-cu dəfə Türkiyə kubokunun sahibi olub.