“Rusiyadan Türkiyəyə kimin gələcəyini gözləyirəm” – Zelenski

zelenski abş-nin faydalı qazıntılar haqqında sazişinin ratifikasiyasını təsdiqlədi
Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-də Türkiyədə keçiriləcək görüşdə Rusiyanı kimin təmsil edəcəyi ilə bağlı məlumat gözləyir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna lideri Rusiya-Ukrayna müharibəsinin 1176-cı günündən sonra müraciətində bildirib.
Onun sözlərinə görə, Ukrayna istənilən formatda danışıqlara hazırdır:
“Bütün dünya Putinin birbaşa danışıqlar təklifinə sadə “hə” cavabını verəcəyini gözlədikdə, o, Ukraynaya zərbələr endirməkdə davam edir. Bunun heç bir hərbi mənası yoxdur”.
Zelenski həmçinin Putini müharibəni uzatmaqda ittiham edib:
“Rusiyadan kimin gələcəyini gözləyirəm, sonra Ukraynanın hansı addımlar atacağını müəyyən edəcəm. Onların mediada verdiyi siqnallar hələ də inandırıcı deyil”.
O xatırladıb ki, ABŞ Prezidenti Donald Tramp da Türkiyədə keçiriləcək danışıqlara qatılmaq imkanını nəzərdən keçirir.
Zelenskinin sözlərinə görə, Ukrayna da öz növbəsində istənilən formatda danışıqlara hazırdır:
“Ukrayna istənilən formatda danışıqlara hazırdır və biz görüşlərdən qorxmuruq”.

DİGƏR XƏBƏRLƏR

Top